AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün İlham Əliyev NATO-nun Baş katibi ilə görüşəcək

  • + A
  • - A
  • 14-12-2021, 10:36


    Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın paytaxtı Brüsselə işgüzar səfəri çərçivəsində bu gün Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.

    AzadMedia.az "Report”a istinadən xəbər verir ki, məlumatı NATO-nun rəsmi saytı yayıb.

    Məlumata görə, Alyansın mənzil qərargahında Prezident İlham Əliyevlə NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olacaq.

    Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün dünən Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR