AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Hicran Hüseynova - “Brüssel görüşü və əldə olunan nəticələr Azərbaycanın növbəti diplomatik uğurudur” - MÜSAHİBƏ

  • + A
  • - A
  • 22-12-2021, 09:21


    Millət vəkili
    Hicran Hüseynova


    “Brüssel görüşü və əldə olunan nəticələr Azərbaycanın növbəti diplomatik uğurudur.”
    Bunu Azadmedia.az-a açıqlamasında, Milli Məclisin deputatı Hicran Hüseynova deyib.



    - Soçi görüşündə əldə edilən mühüm razılaşmaların ardınca Brüsseldə əldə edilən nəticələr proseslərin irəliyə aparılmasına necə təsir edəcək?


    Millət vəkilinin sözlərinə görə, Əlbəttə ki, Brüssel görüşü və əldə olunan nəticələr Azərbaycanın növbəti diplomatik uğurudur -

    “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqləyən 2020-ci ilin noyabr 10-da imzalanmış Bəyanatdan, eləcə də bu ilin 11 yanvar Moskva və 26 noyabr Soçi görüşlərində imzalanan Bəyanatlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırışlar etmişdir. Bu Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların açılması Brüsseldə də əsas prioritet təşkil edib. Verilən bəyanatlardan məlum olur ki, kommunikasiyaların açılması ilə bağlı razılaşma əldə olunub.

    Artıq Avropa da, “status”la bağlı fikir səsləndirmir, ATƏT-in Minsk qrupunun mövqeyini əks etdirən bəyanatlar vermir. Bu tezisdən yanaşsaq, Brüssel görüşündə bir daha Azərbaycanın yaratdığı reallıq təsdiq edilir və buna uyğun baxışlar yaranır. Bu çox müsbət bir tendensiyadır.”


    H.Hüseynova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibə verərkən də qeyd etmişdir ki, “Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır -


    “Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Biz onu özümüz, güc yolu və siyasi vasitələrlə həll etdik.”

    “Biz BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunandan 27 il sonra bunu birtərəfli qaydada həyata keçirdik və bu, ilk növbədə, Ermənistan tərəfindən nəzərə alınmalı olan yeni reallıqdır.”


    “Cənab Prezident bununla da prioritet kimi, diqqəti daha çox sərhəd məsələlərinə yönəldir. Və bu çox mühüm siyasi addımdır. Sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi, ardıcıl olaraq Zəngəzur dəhlizi məsələsini də gündəmə gətirir. Və bu bütövlükdə strateji əhəmiyyət kəsb edir. Burada önəmli məsələ isə Zəngəzur və Laçın dəhlizi məsələsidir və bununla bağlı Azərbaycan Prezidenti üçtərəfli görüşdən əvvəl - NATO Baş katibi ilə müzakirələrdən sonra keçirilən mətbuat konfransında mövqeyini açıqlayaraq qeyd etdi ki, “Zəngəzur dəhlizi ilə bağlı demək istərdim ki, regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Baxmayaraq ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur və biz bunu bu axşam cənab Şarl Mişelin ev sahibliyi edəcəyi üçtərəfli görüşdə mütləq müzakirə edəcəyik. Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması.”
    Bununla da Azərbaycan növbəti dəfə şərtləri diktə etməklə, Zəngəzur dəhlizi ilə bağlı mühüm bəyanat verdi. Üçtərəfli görüşdə də bu müzakirə edilmişdir.”


    Millət vəkili bildirib ki, Dövlət başçısı İlham Əliyevin Şərq Tərəfdaşlığının VI Sammitində çıxışı, Sammit şərçivəsində keçirdiyi ikitərəfli görüşlər, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin 5 saata yaxın davam edən görüşü, eləcə də, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüş post - konflikt dövrünün reallıqlarının qəbul olunduğunu, onların icrası üçün səylər göstərildiyini nümayiş etdirir -


    “Cənab İlham Əliyev Sammitdə çıxışında bu reallığı xüsusi qeyd etmişdir ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi. Bu dəfə isə belə bir halın baş vermədiyini müsbət qiymətləndirən Prezident İlham Əliyev öz növbəsində Ermənistana qarşı bilavasitə fikir səsləndirmədiyini qeyd edib. Göründüyü kimi, bu kimi məqamlar Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir. Artıq bu reallıq təsdiqlənir ki, keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır.”

    Azərbaycan hər zaman gələcəyə baxır.


    Millət vəkili onu da əlavə edib ki, Ölkə başçısı “El Pais" qəzetinə verdiyi müsahibədə bir daha qeyd etdi ki, “Biz çox açıq şəkildə deyirik ki, dərhal Ermənistanla hərtərəfli sülh razılaşması üzərində danışıqlara başlamaq istəyirik. Yəqin Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər -

    “Hesab edirəm ki, Azərbaycanla sülh razılaşması olmazsa, onlar gələcəkdə yenə də əziyyət çəkə bilərlər”. Bununla da, Azərbaycan növbəti dəfə sülh tərəfdarı olduğunu, erməni işğalının 30 ildə etdiyi bütün terrorlara, vandalizmə rəğmən, yenə də sülh, humanizmi əsas götürür və bu istiqamətdə töhfələr verir.”

    Prezident İlham Əliyevin Avropa İttifaqının, NATO-nun baş katibi ilə görüşlərində Azərbaycanın mövqeyini hərtərəfli və əsaslı izah etməsi Avropa Birliyinin yekun sənədində ərazi bütövlüyünün dəstəklənməsinə səbəb oldu. Bu da Azərbaycanın növbəti siyasi uğurudur.


    Azərbaycan həm də etibarlı, strateji tərəfdaşdır. Avropa bunu çox yaxşı dərk edir və bu baxımdan da müəyyən addımlar atır və post-konflikt reallığına uyğun davranış göstərir.


    Millt vəkili vurğulayıb ki, Dövlətimizin yürütdüyü xarici siyasət çoxspektrlidir -

    “Azərbaycan müxtəlif dövlətlərlə həm ikitərəfli, həm çox tərəfli əməkdaşlıq edir. Beynəlxalq təşkilatlar çərçivəsində aktiv və çevik fəaliyyət göstərir, regional layihələrə açıqdır və bütün hallarda beynəlxalq norma və prinsiplərə sadiq olduğunu bəyan edir. Bu isə dövlətimizin, onun rəhbərinin nüfuzunu artırır və bəslənən etibarı daha da gücləndirir.”

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR