AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı tədbir keçirilib

  • + A
  • - A
  • 25-12-2021, 08:31



    "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" haqqında tədbir keçirilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli priorietlər - Milli maraqlar və strateji vəhdət" mövzusunda tədbir keçirilib. Tədbirdə hər iki müəssisənin rəhbər heyəti və əməkdaşları iştirak ediblər.

    İlk öncə, vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Masallı Tarix-Diyarşünaslıq Muzeyin direktoru Əntiqə Tağıyeva müvafiq Sərəncamın icrası ilə qüdrətli dövlət və yüksək rifahlı cəmiyyətin yaranması, dayanıqlı və davamlı iqtisadi artımın əldə edilməsi və regionlarda yeni iqtisadi reallıqların yaradılması ilə bağlı fikirlərini səsləndirib.

    Sonra Masallı Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra edən Təhmasib Məcidov hazırda Azərbaycanda iqtisadiyyatın davamlı inkişafını təmin etmək üçün bütün zəruri amillərin mövcud olduğunu bildirib. Eyni zamanda, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair nəzərdə tutulmuş milli prioritetlərin icrası nəticəsində böyük inkişafa nail olunacağını qeyd edib.

    Tədbirin sonunda iştirakçılarla mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR