Milli Məclisin Səhiyyə komitəsi yaz sessiyasında 4 məsələ ilə bağlı dinləmə keçirəcək.
AzadMedia.az xəbər verir ki, bu barədə komitənin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov məlumat verib.
O bildirib ki, komitə “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, “Optika və optikaçılıq”, “Ürək və qan dövranı çatışmazlığı xəstəlikləri” və “Tibbi tullantıların idarə olunması” mövzularında dinləmələrin keçirilməsini plana salınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.