
Masallı rayon Heydər Əliyev Mərkəzində inşa-yazı müsabiqəsi təşkil olunub
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Oktyabrın 21-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər yolu” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.



Müsabiqənin keçirilməsində əsas məqsəd 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin şagirdlərdə yaratdığı təəssüratı bölüşmək, onlarda vətənpərvərlik hissinin formalaşmasına nail olmaqdır.
İnşa-yazıları münsiflər tərəfindən yoxlanılıb, nəticələr haqqında məlumatlar növbəti həftə ərzində elan olunacaq.
Qeyd edək ki, nəticədən sonra qaliblərə sertifikatlar təqdim ediləcək.
Ülkər Piriyeva