AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünyada dollar bahalaşdı

  • + A
  • - A
  • 28-01-2022, 09:00

    Dünyada dollar bahalaşdı

    Dünyanın əksər ölkəsində dolların qiyməti artıb. Buna səbəb ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) 2021-ci ildə keçirilən ilk iclasında uçot dərəcəsini sabit saxlaması olub.

    AzadMedia.az "Sputnik"ə istinadla xəbər verir ki, FED uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.

    Təşkilatın məlumatında deyilib ki, FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsi uzunmüddətli perspektivdə məşğulluğu təmin etmək və inflyasiyanı 2% həddində saxlamağa çalışır. Buna görə də Komitə federal fondlarda əsas faiz dərəcəsini 0-0,25% həddində saxlamağa qərar verib. İnflyasiyanın artması və əmək bazarının güclənməsi fonunda faiz dərəcəsinə yenidən baxıla bilər.

    Bununla yanaşı, FED fevralda bazardan aylıq aktivlərin geri alınmasının həcmini 60 milyard dollardan 30 milyard dollara qədər azaldacaq.

    Qeyd edək ki, FED dekabrın 3-də də uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.

    FED-in iclasından sonra dollar əksər valyutalara qarşı bahalaşıb. FED sədri Cerom Pauellin gözlənilən faiz artımlarına işarə etməsindən sonra dollar bahalaşıb.

    ABŞ dollarının indeksi yanvarın 27-də 0.26% artımla 96.655 bəndə yüksəlib. Bu da 2021-ci ilin 17 dekabrından bəri qeydə alınmış maksimal göstəricidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR