AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hollivud aktyoru Bred Pittin yeni sevgilisi - FOTO

  • + A
  • - A
  • 28-01-2022, 11:50

    Hollivud aktyoru Bred Pittin yeni sevgilisi - FOTO
    Hollivud aktyoru Bred Pitt isveçli müğənni Lükke Li ilə sevgilidir.

    “Qafqazinfo” “Deux Moi” və “The Sun” nəşrlərinə istinadən xəbər verir ki, qonşu olan məşhurlar gizlin görüşür.

    “I Follow Rivers” və “No Rest for the Wicked” kompozisiyaları ilə tanınan isveçli ifaçı Pittin Los-Ancelesdəki malikanəsindən bir neçə dəqiqəlik məsafədə yaşayır. Məhz bu, onlara münasibətlərini uzun müddət mətbuatdan gizlətməyə imkan verib.

    “Bu, Bred üçün gözəl təsadüfdür – sevgilisi çox yaxın yaşayır, qonşu evdə”, - “The Sun”ın mənbəsi deyib. Qeyd olunur ki, məşhurlar artıq 1,5 ildir bərabərdir. Lükke Liyə doğma olan İsveçdə bu şayiələr çoxdan gəzirdi, indi isə ABŞ-da da təsdiqini tapdı.

    Sensasiyalı xəbərin daha bir sübutu – ötən həftə cütlüyün Hollivudda yerləşən “Mother Wolf” adlı İtaliya restoranında romantik görüşdə görüntülənməsi olub.

    Xatırladaq ki, Lükke Liyə qədər Bred Pittin alman model Nikol Poturalski ilə sevgili olduğu deyilirdi.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR