AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya İcmalı Forumuna 100 günün qalmasına həsr olunmuş onlayn tədbirdə iştirak edib

  • + A
  • - A
  • 2-02-2022, 17:56

    Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya İcmalı Forumuna 100 günün qalmasına həsr olunmuş onlayn tədbirdə iştirak edib
    Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya İcmalı Forumuna 100 günün qalmasına həsr olunmuş onlayn tədbirdə iştirak edib

    Dövlət Miqrasiya Xidmətindən Azadmedia.az-a verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya üzrə Şəbəkəsinin “Çempion ölkələr” təşəbbüsünə qoşulan Azərbaycan, Lüksemburq və Portuqaliyanın təşəbbüsü ilə Beynəlxalq Miqrasiya İcmalı Forumunun keçirilməsinə son 100 günün qalması münasibətilə adıçəkilən Forumun təşkilinə dair məsələlərin müzakirə edilməsi məqsədilə BMT-nin Avropa üzrə İqtisadi Kommissiyasına daxil olan ölkələrin dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə onlayn tədbir keçirilib.

    Tədbirin açılış mərasimində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tədbirin əhəmiyyətini diqqətə çatdırıb, Azərbaycan Respublikasının “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın (Miqrasiya üzrə Qlobal Pakt) icrası ilə bağlı “Çempion ölkələr” təşəbbüsünə qoşulmasından məmnunluğunu ifadə edib. Bildirib ki, hazırki görüş may ayında Nyu-Yorkda keçiriləcək Beynəlxalq Miqrasiya İcmalı Forumunun təşkili ilə bağlı fikir mübadiləsinin aparılmasına mühüm töhfə verəcəkdir.

    Pandemiya dövründə Xidmətin fəaliyyətinin “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”da müəyyən edilmiş əsas prinsip və məqsədlərə uyğun həyata keçirildiyini bildirən Vüsal Hüseynov ilk günlərdən COVID-19-un miqrantlara təsirinin minimuma endirilməsi məqsədilə Azərbaycanın miqrasiya idarəçiliyində həyata keçirilən yeniliklər, miqrantların maksimum rahatlığı, inzibati prosedurların mümkün qədər azaldılması və rəqəmsallaşmanın təşviqi istiqamətində reallaşdırılan tədbirlər haqqında məlumat verib.

    Xidmət rəisi Azərbaycan Respublikasında yaradılması nəzərdə tutulan Miqrasiya üzrə Regional Təlim Mərkəzinin regionda miqrasiya sahəsində bilik və bacarıqların artırılmasında əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb və bu Mərkəzin region ölkələri arasında miqrasiya sahəsində əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

    Xidmət rəisi bildirib ki, “Miqrasiya üzrə Qlobal Pakt”ın prinsip və məqsədlərinin daha səmərəli icra edilməsi məqsədilə miqrasiyanın müxtəlif aspektləri ilə bağlı vədlərin real uğura çevrilməsi üçün bütün maraqlı tərəflərin səyləri birləşdirilməlidir. Vüsal Hüseynov çıxışının sonunda təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin edilməsi istiqamətində tədbirlərin bundan sonra da uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

    Tədbirdə həmçinin, Lüksemburqun Xarici və Avropa İşləri Nazirliyinin Beynəlxalq Miqrasiya üzrə Koordinatoru Enn Qodert, Portuqaliyanın Miqrasiya üzrə Ali Komissarı Sonia Pereira, BMqT-nin regional direktoru Renate Held, eləcə də BMqT-nin, BMT QAK-ın və bir sıra digər nüfuzlu təşkilatların nümayəndələri çıxış edərək sözügedən məsləhətləşmələrin əhəmiyyətindən söz açıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR