AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBİB və İcbari Tibbi Sığorta ləğv olunsun - Deputatdan təklif

  • + A
  • - A
  • 3-02-2022, 19:52

    TƏBİB və İcbari Tibbi Sığorta ləğv olunsun - Deputatdan təklif

    "Çox təəssüf edirəm. Bu səhiyyə sisteminin çöküşüdür. Nə qədər insana kömək etməyə çalışıram və daha üzüm də yoxdur ki, xahiş edəm".

    Bunu deputat Razi Nurullayev deyib. Deputat TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ləğv olunmasını təklif edib:

    "Niyə xahiş etməliyik? Onun üçün də növbəti dəfə tələb qoyacam və bütün xalqdan kömək istəyəcəm ki, ölkədə bir səhiyyə qurumu saxlayaq. Bu da Səhiyyə Nazirliyi olsun. TƏBİB isə ləğv edilməlidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün avtonom fəaliyyəti ləğv edilməli və Səhiyyə Nazirliyinin tabeçiliyinə verilməlidir. Bu barədə Milli Məclisdə məsələ qaldırmaqla yanaşı, həm də nail olmaq üçün əlimdən gələni edəcəyəm. Azərbaycan vətəndaşları TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə cəhənnəm əzabı yaşayılar. Bu vəziyyət ölkə vətəndaşlarını narazı salıb. Hər bir ailə bundan narazıdır. Tədbir görülməsə fəsadları çox ağır olacaq"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR