AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qonşu ölkədə üç müxalif deputatın mandatı ləğv OLUNDU

  • + A
  • - A
  • 15-02-2022, 19:20

    Qonşu ölkədə üç müxalif deputatın mandatı ləğv OLUNDU

    Gürcüstan parlamentinin üç müxalif üzvü – “Leyboristlər” Partiyasının sədri Şalva Natelaşvili, “Droa” Partiyasının lideri Elene Xoştariya və “Gürcüstan üçün Lelo” Partiyasının lideri Badri Caparidzenin deputat səlahiyyətləri vaxtından əvvəl dayandırılıb.

    Qanunverici orqanın bugünkü plenar iclasında onların mandatları səs çoxluğu ilə ləğv edilib.

    İclasda keçmiş spiker Kaxa Kuçavanın da deputat mandatı öz istəyi əsasında dayandırılıb.

    Qeyd edək ki, E.Xoştariya və Ş.Natelaşvili mandatlarından parlamentin işində sistematik olaraq iştirak etmədiklərinə görə məhrum olunublar. B.Caparidze ilə bağlı səbəb isə məhkəmə qərarı ilə əlaqəlidir. Belə ki, o, TBC Bankın digər təsisçisi Mamuka Xazaradze ilə birgə dələduzluq faktı üzrə təqsirli bilinib.(report.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR