AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub

  • + A
  • - A
  • 17-02-2022, 10:48

    Nazir Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub

    XİN-dən Azadmedia.az-a verilən məlumata görə, 16 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

    Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər. Cari ildə iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını nəzərə alaraq, tərəflər bu xüsusda təşkil ediləcək tədbirlərə dair fikir mübadiləsi aparıblar.

    Nazirlər, regiondakı vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
    Tərəflər, həmçinin Ukrayna ətrafındakı mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.

    Telefon danışığı zamanı, habelə Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi çərçivəsində əməkdaşlıq müzakirə mövzusu təşkil edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR