Politoloq Ülkər Piriyeva: “Yenidən Soyuq müharibəmi yoxsa Konvensional müharibəmi?” - I ŞƏRH
Hər gün dünyada bir gündəm mövzusu bağlanır daha gərgin və daha həyəcanlı bir gündəm mövzusu başlayır. Bugünlərdə dünya mediasının gündəmini Ukrayna-Rusiya gərginliyi zəbt edib. Vəziyyət başlanğıcda hər nə qədər müvəqqəti gərginlik kimi görünsə də, müharibə olacaq söyləmləri və bunun yaratdığı gərginlik hər keçən gün artmaqda davam edir. Gözlər Rusiya və Ukrayna gündəmində.Rusiya geri çəkilirmiş kimi görünsə də, vəziyyəti bu tərzdə hər nə qədər gözlər önünə sərsə də, görünür, Rusiya sadəcə gözdən pərdə asır. Belə ki, son iki gündə Rusiyanın Ukraynanın bir neçə kəndinə ağır texnika yeritdiyi gerçəkləri də bir tərəfdə durur.
Eyni zamanda, Ukraynanın içində də sanki iki fikir mövcuddur. Hətda orda yaşayan bəzi iş adamları və jurnalist dostların Xarkovla Kiyev camaatı arasında belə yaşanan fikir ayrılığı, qısacası, ayrı-ayrılıqda Ukrayna və Rusiya tərəfdarlarının çoxluğu barədə real vəziyyətin olduğunu söyləyirlər. Yəni, sadəcə Ukrayna deyənlər, eyni zamanda, “Fərq etməz, ha Ukrayna bayrağı, ha Rusiya”.. Belə halda, fikrimcə əgər, hər hansı bir ölkədə başqa bir ölkəylə siyasi gərginlik mövcuddursa, həmin ölkə camaatı məsələyə iki fikirlə yox, bir hədəflə baxmalıdır, bir sözlə, bugün Ukraynada vəzifə masasını qoyub qaçan bəzi dırnağarası siyasilər kimi yox, hərkəs yumruğu bir hədəfə vurmalıdır.
Bugün Rysiya Ukrayna arasında, həm də səhnə arxasında əslində, Rusiya ilə ABŞ arasında “Soyuq müharibə”nin izləri hökm sürür. “Devlər bir tərəfdə”, “müttəfiqlər söz davasına girib”. Çinin müdaxiləsi də an məsələsidir.
Bəli, iki ölkə arasındakı gərginlik bütün dünyada narahatlığa səbəb olmağa davam edir. Moskvanın Kiyevin müstəqilliyini tam qəbul etməsilə başlayan böhranla iplər getdikcə gərginləşir. Rusiya-Ukrayna böhranının müharibəyə çevrilib-çevrilməyəcəyi sualdır. Dünyanın gözü məhz, o sərhəddə..
Rusiya və Ukrayna böhranı son vəziyyət və inkişaflarla yaxından təqib olunmağa davam edir. İki ölkə arasında yaranan gərginlik sanki son mərhələyə çatıb. Həyəcan təbiki var... Bölgədən gələn son dəqiqə xəbərlərinə görə; Luqansk vilayətində bir kəndin artilleriya atəşinə tutulduğu və uşaq bağçasının vurulduğu iddia edilib. Bu inkişafdan sonra "Rusiya-Ukrayna gərginliyində son vəziyyət necədir, müharibə başlayıb, yoxsa çıxacaq, böhranın səbəbi nədir?" cavablar axtarmağa başladı. Dünya demək olar ki, iki ölkədən gələcək addımlara kilidlənib. Yaxşı, Rusiya-Ukrayna gərginliyində son vəziyyət necədir, müharibə başlayıbmı?
Hətda, ABŞ-ın Peyk şirkətlərinin yeni peyk görüntüləri sərhəddə hərbi fəallığın artdığını göstərir Rusiya ilə Ukrayna arasındakı gərginlik dünya gündəminin başında qalmaqda davam edir. Rusiya Müdafiə Nazirliyi ölkənin Ukrayna sərhədindəki hərbi bölgələrindəki bəzi hərbçilərin təlimləri başa vurduqdan sonra öz bazalarına qayıtdığını açıqlayıb. Rusiya xarici işlər naziri Lavrov isə "Ukraynaya müdaxilə iddialarının informasiya terroru olduğunu" açıqlayıb. Bununla belə, ABŞ-ın “Maxar” peyk şirkəti Ukrayna sərhədindəki rus qoşunlarının döyüş mövqelərinə doğru irəlilədiyini iddia edib. Peyk görüntülərində çoxlu sayda hücum təyyarəsi və hərbi batalyon əks olunub.
Həmçinin ABŞ kəşfiyyatı, Rusiya bir neçə günə Ukraynaya hücum edəcək, iddiasını irəli sürüb.
ABŞ-ın qəzetlərindən biri olan “Washington Post” - a danışan 4 ABŞ rəsmisi Rusiyanın bölgədəki son addımlarını təhlil edib.
Kəşfiyyat hesabatları belə nəticəyə gəlib ki, Rusiya “geri çəkilmiş kimi davranır” və bir neçə gündən sonra Ukraynaya hücum edəcək.
Rusiya ilə Ukrayna arasında gərgin gözləntilər və hakimiyyətdən ardıcıl açıqlamalar davam edərkən, ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Washington Post”a danışan mənbələr Rusiyanın bölgədəki son addımları ilə bağlı yeni iddialar irəli sürüb.
ABŞ-ın hazırladığı kəşfiyyat hesabatlarına əsaslanaraq xəbərlərdə fikirlərini bildirən və təhlükəsizlik baxımından adlarını açıqlamayan rəsmilər Rusiyanın Ukrayna sərhədindən çəkildiyimizlə bağlı açıqlamalarının ABŞ və dünya liderlərini aldatmaq üçün verildiyini iddia ediblər.
Rusiya və Belarusun Ukrayna sərhədində təlimləri bazar gününə qədər davam etdirəcəyini xatırladan “The Washington Post” yazıb ki, Rusiya Ukrayna sərhədi yaxınlığında öz qoşunlarını yerləşdirməyə davam edir. Qəzetə danışan kəşfiyyat rəsmiləri, mümkün hücum zamanı bu təlimin bəhanə ola biləcəyini də bildiriblər. Digər tərəfdən, ABŞ prezidenti Co Bayden mövzu ilə bağlı diqqətçəkən açıqlamalar verib. Bayden deyib: “Rusiyanın Ukraynaya hücum etmək üçün aldadıcı addımlar atdığına inanmaq üçün yaxşı əsaslarımız var. Bizdə olan bütün əlamətlər göstərir ki, onlar Ukraynaya hücum etməyi planlaşdırırlar. "Düşünürəm ki, bu, yaxın bir neçə gün ərzində baş verəcək." "Rusiyanın geri çəkilmə iddialarının ictimaiyyəti çaşdırmaq üçün başlatdığı dezinformasiya kampaniyasının bir hissəsi olduğuna dair etibarlı məlumatlar var", - ABŞ rəsmisi Washington Post-a deyib. Digər tərəfdən ABŞ və Avropalı iki səlahiyyətli bu istiqamətdə bir kəşfiyyat məlumatı olduğunu açıqladı. Çərşənbə axşamı Moskva administrasiyası Ukrayna sərhədindəki əsgər və maşınların geri çəkildiyini, qalanlarının isə geri çəkiləcəyini açıqlasa da, ABŞ və NATO başda olmaqla bir çox ölkə və qurumların rəhbərləri bu bəyanatı real görməyiblər.
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın geri çəkilməsinə dair heç bir dəlil olmadığını deyib. KİMYƏSİ SİLAH İDDİASI Digər tərəfdən, Washington Post qəzetinə danışan iki ABŞ rəsmisi daha dəhşətli ssenari ilə bağlı açıqlamalar verdi.. Adlarını açıqlamayan rəsmilər, "Rusiyanın hücumu bölgədəki mülki şəxslərin kimyəvi silahlarla öldürülməsini də əhatə edə bilər" dedi.
Daha sonra o, meyitləri sübut kimi göstərərək Ukraynanın mülki insanları kimyəvi silah və qazla öldürdüyünü iddia edəcəyini iddia olaraq ortaya qoyub.