Bildiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
Bu gün, imzalanan yeni Bəyannamənin Azərbaycan üçün əhəmiyyəti böyükdür, hər bir bəndini dövlətimiz üçün çox faydalı hesab etmək olar.
Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar.
Bu bənd gələcək üçün böyük perspektivlər açır. Bizim qarşılıqlı siyasi fəaliyyətimizi artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcəyik mənasına gəlir.
Cənab Prezidentin xarici siyasəti məhz milli maraqlar üzərində qurulub. İmzalanan yeni Bəyannamə, Azərbaycan üçün böyük imtiyazdır. Hərkəs yeni imzalanan Bəyannamənin bütün bəndlərini diqqətlə oxusa, buna şahid olacaq.
Bu sənəd ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək.
Ümumiyyətlə Azərbaycanın uğurlarına, Cənab Prezident İlham Əliyevin hər dəfə imzaladığı uğurlu sənədlərə kölgə salanlar düşünməsinlər nəyəsə nail ola biləcəklər. Danışılan böhtanlar, qarayaxmalar Xalq-İqtidar birliyinə daha da stimuldur, Xalq-İqtidar birliyini daha da möhkəmlədir. Bu insanlar tərəfindən qərəzli şəkildə yayılan yalan və böhtan xarakterli məlumatlar bir daha sübuta yetirir ki, Xalq və İqtidar birlikdə doğru yolu getməkdədir.
Qaragüruh dəstələrin, xaricdən maliyyələşənlərin yaydığı böhtan xarakterli saxta informasiyalara inanmaq, insanı ancaq uçuruma apara bilər. Onların illərlə apardığı "mübarizənin" heç bir nəticəsi olmamış, xərclədikləri milyonlar boşa getmişdir. Bu üzdən daha da aqresivləşib böhtanlarının sayını artırmaqla məşğuldurlar. Azərbaycan xalqı artıq onların iç üzünə bələddir və sosial şəbəkələrdə onların necə saxta, yalan, böhtan xarakterli informasiyalar yaydıqlarını şərhlərdə qeyd edir.
Azərbaycan xalqı çox yaxşı bilir və anlayır ki, Müzəffər Prezident İlham Əliyev nəyi, nə zaman, necə edəcəyini yaxşı bilir və 19 illik fəaliyyəti dövründə bunu hər addımında şəffaf və mərd-mərdanə şəkildə həyata keçirdiyi siyasətiylə sübuta yetirmişdir. Cənab Prezidentin imzaladığı bütün Bəyannamələr bu gün və sabah üçün uğurlu olmaqla yanaşı, eyni zamanda 50 il sonra üçün hesablanmışdır.
Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan-Rusiya dostluğu günü-gündən möhkəmlənir.
Mircalal Mehdiyev
Lənkəran rayonu, Moğonojba kənd sakini
Lənkəran Dövlət Maşın Sınaq Stansiyasının işçisi.