AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib

  • + A
  • - A
  • 2-11-2021, 18:48


    Oktyabrın 27-28-də Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib.

    XİN-dən Azadmedia.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, habelə Komissiyanın 2022-ci il üçün iş planı təsdiq edilib.

    Tərəflər Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2021-ci il üzrə iş planının tam yerinə yetirildiyini bəyan ediblər.

    Görüş açıq dialoq və qarşılıqlı anlaşma ruhunda keçib.

    Komissiyanın növbəti iclasının Azərbaycan Respublikası ərazisində keçirilməsi planlaşdırılır. Görüşün tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR