AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Məmmədovun Misir mətbuatında Xocalı soyqırımının 30 illiyi münasibətilə məqalələri nəşr olunub

  • + A
  • - A
  • 25-02-2022, 14:33

    Ceyhun Məmmədovun Misir mətbuatında Xocalı soyqırımının 30 illiyi münasibətilə məqalələri nəşr olunub

    Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputatat Ceyhun Məmmədovun Misir mətbuatında Xocalı soyqırımının 30 illiyi münasibətilə məqalələri nəşr olunub
    Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputatat Ceyhun Məmmədovun Xocalı soyqırımının 30 illiyi münasibətilə Misir Ərəb Respublikasının asiaelyoum.com, worldnewnews.com, rayetmisr.com, aldiplomasy.com, Sudanın sinopanorama.net, İraqın almadaeennews.blogspot.com saytlarında məqalələri nəşr olunub.
    Məqalədə Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə mühasirədə qalmış şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törətdikləri barədə geniş məlumat verilir. Törədilməsindən 30 il ötməsinə baxmayaraq Azərbaycan xalqının bu vəhşiliyi heç zaman unutmayacağı, sözügedən cinayətin təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədildiyi vurğulanır.
    Məqalədə həmçinin, bütün beynəlxalq hüquq normalarına zidd olan bu hərəkət nəticəsində dinc sakinlərə amansızcasına divan tutulduğu, şəhərin darmadağın edildiyi, 613 günahsız insanın qətlə yetirildiyi, onların cansız bədənləri üzərində təhqiredici hərəkətlərə yol verildiyi, bir neçə ailənin tamamilə məhv edildiyi, yüzlərlə dinc sakinin ağır yaralandığı, minlərlə insanın girov götürüldüyü qeyd olunur.
    Məqalədə həmçinin vurğulanır ki, bu tarixdə ilk dəfə deyil ki, Ermənistan Azərbaycana qarşı bu cür cinayət törədir. Ötən əsrin həm əvvəllərində həm də ortalarında da ermənilər Azərbaycanlılara qarşı bu kimi vəhşilikləri törədiblər.
    Ermənilər təkcə bu cinayətləri törətməklə kifayətlənməyərək tarixi Azərbaycan ərazilərində qurulan Ermənistan ərazisində yaşayan Azərbaycanlıları da öz dədə-baba yurdlarından qovmuş, onların başına müxtəlif müsibətlər gətirmişlər.
    Sonda qeyd olunur ki, Azərbaycanlılara qarşı törədilən bu soyqırımı aktı mütləq öz hüquqi qiymətini almalıdır. Azərbaycan öz məqsədinə nail olmaq üçün sona kimi mübarizə aparacaq.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR