Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Stokholmda Xocalı soyqırımına həsr olunmuş sərgi ilə bağlı paylaşım edib - FOTO
Azadmedia.az xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Stokholmda Xocalı soyqırımına həsr olunmuş sərgi ilə bağlı Facebook hesabı üzərindən paylaşım edib.Dövlət Komitəsinin sədri Fuad Muradov - “Stokholmda Stadsholmen adasında yerləşən məşhur Qamla-Standakı qalereyaların birində isveçli fotoqraf Mikael Silkebergin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş fotosərgisinin açılış mərasimində iştirak etdik. Sərgidə fotoqrafın ötən il DİDK-nın dəstəyi ilə Ağdam, Füzuli və Şuşaya səfəri zamanı erməni işğalından azad olunmuş ərazilərimizdən çəkdiyi 30 foto əsəri təqdim olunub. Bu əsərlərdə işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi vandalizm aktları öz əksini tapıb.” - Deyə qeyd edib.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR