AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynadakı vəziyyətlə bağlı azərbaycanlılar üçün yaradılan qaynar xətlərin sayı artırılıb - SİYAHI

  • + A
  • - A
  • 1-03-2022, 13:22

    Ukraynadakı vəziyyətlə bağlı azərbaycanlılar üçün yaradılan qaynar xətlərin sayı artırılıb - SİYAHI

    Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan Azərbaycan vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi və hərbi obyektlərin yerləşdiyi ərazilərdən uzaq olmalarını tövsiyə edib.

    Bu barədə XİN-dən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan vətəndaşlarına ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət görülür.

    "Ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları Ukrayna ərazisini Moldova, Polşa, Slovakiya, Macarıstan və Rumıniya istiqamətlərində tərk edə bilərlər. Vətəndaşlarımız, həmçinin Rumıniya ərazisindən tranzit olaraq Bolqarıstan Respublikası ərazisi vasitəsilə Türkiyə Respublikasına, oradan isə Azərbaycana səfər edə bilərlər", - nazirlikdən qeyd olunub.

    Yaranmış suallarla bağlı zəruri məlumatın verilməsi üçün XİN ilə aşağıdakı vasitələrlə əlaqə saxlanıla bilər:

    Azərbaycan Xarici İşlər Nazirliyinin qaynar xətləri:

    Telefon: +994505748595

    +994506725868

    +994125969422

    +994125969301

    Elektron poçt: mkon3@mfa.gov.az

    Eyni zamanda, aşağıdakı əlaqə vasitələri ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki aidiyyəti diplomatik missiyaları ilə əlaqə saxlanıla bilər:

    Azərbaycanın Ukraynadakı səfirliyi (Kiyev şəhəri):

    Telefon: +380 73 5050000

    Elektron poçt: kiev@mission.mfa.gov.az

    Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğu:

    Telefon: (+38057) 7000531

    Elektron poçt: info.azconsulate@gmail.com

    Azərbaycanın Moldovadakı səfirliyi:

    Telefon: +373 781 81 361, +373 789 91 849, +373 222 32 277

    Elektron poçt: chisinau@mission.mfa.gov.az

    Azərbaycanın Polşadakı səfirliyi:

    Telefon: +48 576 900 183, +48 22 718 30 70

    Elektron poçt: consul_warsaw@mission.mfa.gov.az

    Azərbaycanın Macarıstandakı səfirliyi

    Telefon: +36300901033 (telefonla zənglər üçün), +994552999012 (WhatsApp vasitəsilə zənglər üçün)

    Elektron poçt: budapest@mission.mfa.gov.az

    Azərbaycanın Slovakiyada akkreditə olunmuş səfirliyi

    Telefon: +43 676 844 509 733

    Elektron poçt: vienna@mission.mfa.gov.az

    Azərbaycanın Rumıniyadakı səfirliyi:

    Telefon: +407 487 77744, +407 409 90079

    Elektron poçt: bucharest@mission.mfa.gov

    Azərbaycanın Bolqarıstandakı səfirliyi:

    Telefon: +359895002732

    Elektron poçt: sofia@mission.mfa.gov.az

    Azərbaycanın Türkiyədəki səfirliyi (Ankara şəhəri):

    Telefon: +905550310007

    Elektron poçt: ankara@mission.mfa.gov.az

    Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğu

    Telefon: +905441040111

    Elektron poçt: istanbul@mission.mfa.gov.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR