AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Neftin qiyməti 117 dolları ötdü - YENİLƏNİB

  • + A
  • - A
  • 3-03-2022, 09:43

    Neftin qiyməti 117 dolları ötdü - YENİLƏNİB

    ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 117 dolları keçib.

    Bakı vaxtı ilə saat 09:22-də "Brent"in qiyməti 3,67% artaraq 117,08 dollara çatıb.

    Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 3,32% artaraq 114,27 dollara çatıb.

    ***

    09:05

    "Brent" markalı neftin qiyməti 2013-cü il sentyabrın 9-dan bəri ilk dəfə olaraq bir barel üçün 116 dolları ötüb.

    AzadMedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ticarət platformasından bildirilib.

    Bakı vaxtı ilə saat 06.48-ə olan məlumata görə, Brent markalı neftin may fyuçersləri 1,81 faiz artaraq bir barel üçün 116,63 dollar çatıb.

    Qərbi Texas markalı neftinin aprel fyuçersləri 2,8 faiz artaraq 113,70 dollar olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR