Rusiya Federasiyası və Fransa liderləri Vladimir Putin və Emmanuel Makron arasında təkbətək görüş yaxın gələcəkdə baş tuta bilər.
Azadmedia.az RİA Novosti-yə istinadən məlumat verib
ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Kreml sözçüsü “bütün nüanslar işləndikdən sonra” mediaya məlumat verəcəyini vəd edib.
Peskov vurğulayıb ki, “söhbət üz-üzə təmasdan gedir”.
Verilən məlumata görə bir gün əvvəl Vladimir Putin Fransa prezidenti Emmanuel Makrona zəng edib. Siyasətçilər Ukrayna ətrafındakı vəziyyət, o cümlədən Rusiyaya qanunla təmin edilmiş təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bundan əvvəl prezidentlər yanvarın 28-də telefonla danışıblar.
Tərcümə etdi:Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.