AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstanbulda “Adsız qadın” tamaşası təqdim edilib - ÖZƏL

  • + A
  • - A
  • 28-02-2022, 21:04

    İstanbulda “Adsız qadın” tamaşası təqdim edilib - ÖZƏL


    İstanbul şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar "Adsız qadın" tamaşası təqdim olunub.

    Azadmedia.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, İstanbulun Ümraniyə Bələdiyyəsinin dəstəyi və "Xarıbülbül" Azərbaycan Vizyon Teatr Dərnəyinin təşkilatçılığı ilə səhnələşdirilən əsər dünyada müharibə və terrordan əziyyət çəkən bütün qadınlara həsr olunub.

    Tədbirin rəsmi hissəsində çıxış edənlər 30 il öncə Ermənistan silahlı birləşmələri tərəfindən Xocalıda törədilən soyqırımı insanlığa zidd cinayət kimi səciyyələndiriblər. Xocalı soyqırımının baiskarlarının və icraçılarının ədalət mühakiməsi qarşısında dayanmasının və törətdikləri ağır cinayətə görə cavab verməsinin mühüm olduğu vurğulanıb.

    Sonra Aygün Həsənoğlunun ssenarisi əsasında hazırlanan tamaşa göstərilib. Əsərin qəhrəmanlarının obrazını Kəmalə Kamal, İlknur Torunoğlu, Römen Hüseyinov və Fuad Əliyev canlandırıblar. Tamaşanın rejissoru Elçin İmanov, musiqi tərtibatçısı və işıqçı Abdulhalim Aytaç, koordinatoru Yunus Soyupek, bədii rəssamı Tariyel Əlizadə, səhnə tərtibatçısı isə Lətafət Refik qızıdır.
    Tədbir çərçivəsində Ümraniyə Bələdiyyəsinin binasında Xocalı soyqırımı həqiqətlərini əks etdirən fotosərgi nümayiş etdirilib.

    Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR