ABŞ Rusiyadan neft, qaz və kömrün idxalına tam qadağa qoyub.
AzadMedia.az “BBC”-yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden bununla bağlı qərarı təsdiqləyib.
Baydenin sözlərinə görə, bu addım Rusiyaya daha bir güclü zərbə vuracaq.
"Biz müharibənin subsidiyalaşdırılmasının bir hissəsi olmayacağıq" -, deyə ABŞ lideri bildirib.
Qaz qiymətlərinin artması ilə bağlı artan qorxulara baxmayaraq, bu addım ABŞ-da geniş siyasi dəstəyə malikdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.