AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Biz rusları molotof kokteyli ilə qarşıladıq" - Ukraynanın birinci xanımı

  • + A
  • - A
  • 9-03-2022, 17:19

    "Biz rusları molotof kokteyli ilə qarşıladıq" - Ukraynanın birinci xanımı

    Ukraynanın birinci xanımı Olena Zelenska Rusiyanın ölkədəki hücumlarının kütləvi qətllərə səbəb olduğunu bildirib.

    Prezident Vladimir Zelenskinin 44 yaşlı həyat yoldaşı ingilis dilində dərc etdiyi yazılı açıqlamada Rusiya işğalını pisləyib və hücumların çoxlu mülki vətəndaşın ölümünə səbəb olduğunu xatırladıb.

    Bombalamalarda həyatını itirən 3 ukraynalı uşağın adını çəkən Zelenska, işğalın inanılmaz bir vəziyyət olduğunu ifadə edərək, “Ölkəmiz əmin-amanlıq içində idi, şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz həyatla dolu idi. Hazırda baş verənlər Ukrayna vətəndaşlarının kütləvi şəkildə qətlə yetirilməsidir. Ən dəhşətlisi uşaqların ölümüdür", - deyə bildirib.

    Rusiya prezidenti Vladimir Putinin Ukraynanın qüdrətini, xalqını və vətənpərvərliyini həddən artıq qiymətləndirdiyini qeyd edən Zelenska, “Kremldəki təbliğat maşınları ukraynalıların onları xilaskar kimi gül-çiçəklə qarşılayacaqlarını iddia edirdilər, ancaq molotof kokteyli ilə qarşılandılar” yazıb.

    “Putini dayandıra bilməsək, dünyada heç birimiz üçün təhlükəsiz yer olmayacaq” deyən Ukraynanın birinci xanımı ərinin Qərb ölkələrinə “Ukraynanın hava məkanını bağla” çağırışını da təkrarlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR