AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"ƏƏSMN-ə 8 məktub göndərmişəm, cavab verilməyib" - Deputat nazirliyi TƏNQİD ETDİ

  • + A
  • - A
  • 15-03-2022, 17:40

    "ƏƏSMN-ə 8 məktub göndərmişəm, cavab verilməyib" - Deputat nazirliyi TƏNQİD ETDİ

    “Milli Məclis deputatlarının müraciətlərinə baxılmır. Mən təqaüd məsələləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 8 məktub göndərmişəm, 1-nə də cavab verilməyib”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

    Deputat kommunal xidmətlərin qiymətlərin artırılmasından da danışıb: “Kommunal qiymətlər artırılır, buna yol vermək olmaz. Mən bu gün evdəki qaz, işıq pulunu hesablamaqda çətinlik çəkirəm. Bu, nə limit məsələsidir? Əhalini dövlətdən narazı salmaq olmaz”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR