Ümumiyyətlə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən Amerika Birləşmiş Ştatlarının bütün Prezidentləri, Ulu Öndərə, hal-hazırda isə İlham Əliyevə hər zaman yüksək ehtiram göstərilmişlər.
Bunu
Azadmedia.az-a Mircalal Mehdiyev deyib.
Mircalal Mehdiyevin sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunun ingilis dilli mətnində Novruz bayramı ifadəsinin Azərbaycan dilində yazılması dövlətimizin artan nüfuzu haqqında çox şey deyir.
Cənab Prezident İlham Əliyev obyektiv, sülhsevər, humanist, ədalətli Prezident kimi ad çıxarmışdır bütün dünya liderlərinin yanında. Etibar qazanan millətik biz, bizə inam var. Rəhbərimizi düz seçmişik. Müzəffər Ali Baş Komandanın Mərd-mərdanə siyasəti millət olaraq bizi üzü ağ, alnı açıq edibdir. Azərbaycan milləti tarixində heç zaman bu günkü kimi yüksək qürurla yaşamamışdır. Yalnız indi könül rahatlığıyla insan deyə bilər ki, biz qürurlu xalqıq. Cənab Prezidentin siyasəti həm də mərd, şərəfli, qürurlu, sınmaz xalq yetişdirməyə hesablanmışdır. İdeal idarəetmənin müsbət nəticələrini hələ çox görəcəyik.
Azərbaycan sözün əsil mənasında, həqiqətən Müzəffər Prezident İlham Əliyevin rəhbərliyi altında dünya nüfuzlu ölkəyə çevrilmişdir. Azad etdiyimiz torpaqlar bizə qürurumuzu qaytardı, xəcalət tərini alnımızdan sildi. Heç kim 1993-cu ilə qədər baş verən parçalanmalar zamanı, illər sonra Azərbaycanı belə təsəvvür edə bilməzdi, heçkəsin buna düşünmə bacarığı çatmazdı. Bu gün ölkəmizin belə yüksək pillədə olmasını illər öncə fikirlərində düşünüb və daha sonra həyata keçməsi üçün böyük səy göstərərək çalışan dahi lider Heydər Əliyev olmuşdur.
Bu gün biz vətəndaşlar təhlükəsiz və yüksək qorunması olan bir adanın, ərazinin sakinləriyik. Bu möhtəşəm ada, ərazi, ölkə Azərbaycan dövləti adlanır və sükan dövlətimizin memarı, yaradıcısı ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin əlindədir, məhz buna görə qüsursuz bir idarəetməyə heyrətamiz şahidlik edirik biz vətəndaşlar.
Nəhəng dövlətlərlə dostluğumuz, onların bizə bəslədiyi hörmət möhtəşəm idarəetmənin bariz nümunəsidir. Türkiyə, ABŞ, Rusiya kimi dövlətlərlə dostluğumuzu misal çəkmək olar. Hər gün artan nüfuzumuz bizə yeni dostlar qazandırır. Millətimiz öz tarixində heç zaman bu qədər qürurla yaşamamışdır.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.