İbrahim Cəfərov,
ADAU-nun rektoru, professorTəbiət şıltaqlıq etsə də, yurdumuza bahar gəlir.
Ulu öndər Heydər Əliyevin bir vaxtlar "Azərbaycan" qəzerində dərc edilmiş bayram təbrikini xatırlayaq: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”
İki ildir ki, işğaldan azad edilmiş torpaqlarımızda da baharın ətrini duya bilirik, bayram tonqallarımız qalanır. Ülu öndərin vəsiyyəti, istəyi onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən yerinə yetirildi.
Bütün fəaliyyəti boyunca Ümummilli Liderin layiqli davamçısı olduğunu əməllərində göstərən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vətənlə, xalqla bağlı bütün vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Novruz bayramı xalqımızın ən sevimli bayramıdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Can sağlığı, uzun ömür, bol ruzi arzularıları ilə Bayramınız mübarək!