AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramazan bayramının tarixi AÇIQLANDI

  • + A
  • - A
  • 29-03-2022, 19:14

    Ramazan bayramının tarixi AÇIQLANDI


    Azərbaycanda Ramazan bayramının tarixləri açıqlanıb.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazanla bağlı fətvasında deyilir.

    Fətvada qeyd olunur: “Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf edəcəkdir, inşallah. Bütün İslam ümmətini mübarək Ramazanın gəlişi münasibətilə təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətə nail olan bəndələrindən qərar versin.

    Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində bərqərar etsin, dövlətimizi qalib və dövlət rəhbərimizi hər zaman müzəffər qərar versin, bütün ülvi arzu və xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Amin"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR