AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şoyqu Ural dağlarında bunkerdə GİZLƏNİR

  • + A
  • - A
  • 30-03-2022, 11:14

    Şoyqu Ural dağlarında bunkerdə GİZLƏNİR

    Rusiya-Ukrayna müharibəsi zamanı iki həftə yoxa çıxan Rusiya müdafiə naziri Sergey Şoyqu ilə bağlı müzakirələr davam edir.

    Uzun müddətdir görünməyən Şoyqu ötən həftə Rusiyanın hərbi büdcəsi ilə bağlı iclasda iştirak edib.

    Şoyqunun müharibə zamanı uzun müddət yoxa çıxması bir çox iddiaları da özü ilə gətirib. Belə ki, rusiyalı nazirin səhhətinin pis olduğu, hətta infarkt keçirdiyi iddia edilib.

    Nəhayət, Şoyqunun Ural dağlarında nüvə bunkerində gizləndiyi bildirilib. Uçuş məlumatlarını təhlil edən tədqiqatçılar Şoyqunun Moskvadan 1600 kilometr aralıda bunkerlər arasında dolaşdığını vurğulayıblar. Bildirilir ki, Ukrayna işğalının memarlarından olan 66 yaşlı rusiyalı nazir nüvə müharibəsi qorxusu yarandıqdan sonra Rusiyanın bunkerlərin olduğu ucqar bölgəsinə gedib.

    "Bellingcat" araşdırma saytının jurnalisti Xristo Qrozev qeyd edib ki, Şoyqu mart ayı boyunca Ural dağlarının cənubunda Ufada bunkerdə gizlənib. Müharibənin izləndiyi vəziyyət otaqlarını ehtiva edən hərbi sığınacaqlardan daha əvvəl də Rusiyada istifadə edildiyi bildirilib.

    ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya 1970-ci illərin sonunda mümkün nüvə müharibəsi zamanı hərbi hakimiyyətin davam etdirilməsi üçün Yamantau dağında böyük bunker tikib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR