AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Erməni millətçiləri mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, soyqırımlar həyata keçiriblər” - ÖZƏL

  • + A
  • - A
  • 31-03-2022, 09:24

    “Erməni millətçiləri mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, soyqırımlar həyata keçiriblər” - ÖZƏL

    Yardımlı RİH başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova


    Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.

    Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir.

    Mənşə etibarilə Qafqaz xalqları sırasına mənsub olmayan ermənilərin indiki Ermənistan adlanan əraziyə yayılmaları uzun və mürəkkəb bir tarixə malikdir. Ermənilər tarix boyu ən alçaq və rəzil üsullardan istifadə edərək qonşu xalqların torpaqlarını zəbt etmək və onları özlərinin dədə-baba yurdu adlandırmaq üçün hər cür riyakarlıqdan çəkinməmişlər.

    Ermənilər Dağlıq Qarabağa həmişə xüsusi maraq göstərmişlər. Bunun səbəbi aydındır: erməni tarixşünaslığında belə bir saxta konsepsiya özünə möhkəm yer tutmuşdur ki, bu bölgə ermənilərə məxsusdur. Qatı şovinist mövqeli “Daşnaksütyun” partiyası məhz bu qondarma ideyaya uyğun olaraq keçən əsrin sonlarından başlayaraq dənizdən-dənizə “böyük Ermənistan” dövləti yaratmaq və Azərbaycanın Kür çayından cənuba olan ərazisini də zəbt etmək siyasəti yürütmüşdür. Bu planı əməli surətdə həyata keçirmək, ermənilərin səfərbərliyini təmin etmişdir. Halbuki bunu əyani sübut edən ermənilər tərəfindən 1978-ci ildə Ağdərə ərazisində ermənilərin bura köçürülməsinin 150 illiyi münasibətilə abidə tikilmişdir. Bu abidənin qoyulması köçürülmənin tarixi reallığıdır. Bunu hətta erməni tarixçisi V.A.Parsamyan da etiraf etmişdir. O yazırdı: “Rusiyaya birləşənə qədər Şərqi Ermənistanın 169 min 155 nəfər əhalisinin 57305 nəfəri, yaxud 33,8%-i erməni, 84089 nəfəri yaxud 49,7%-i müsəlman, 26911 nəfər, yaxud 16%-i kürd və 850 nəfər, yaxud 0,55%-i kənar millətlər idi”.

    Qarabağa gəldikdə bu bir həqiqətdir ki, bura Azərbaycanın ayrılmaz hissəsidir. Tarix boyu Avropa dövlətlərinə arxalanan ermənilər öz çirkin niyyətlərindən əl çəkməyərək, həmin dövlətlər vasitəsi ilə ərazi iddiası qaldıraraq, onları türklərlə müharibəyə sövq edirdilər. Lakin Avropa dövlətlərinin başçıları gözəl bilirdilər ki, dinin eynilik zəminində onları müsəlman Şərqinə qarşı qıcıqlandırmaq və acıqlandırmaq kimi mənfur erməni planı düşünülüb ortaya atılmışdır.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR