AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan 44 günlük müharibədə baş verənlərdən ciddi nəticə çıxarmalıdır

  • + A
  • - A
  • 7-04-2022, 10:07

    Ermənistan 44 günlük müharibədə baş verənlərdən ciddi nəticə çıxarmalıdır

    Ceyhun Məmmədov,
    Millət vəkili

    Aprelin 5-də Yerevanda müxalifətin mitinqi Brüssel görüşü ərəfəsində Paşinyan hakimiyyəti tərəfindən təşkil edilmiş növbəti tamaşadır. Burada belə bir haqlı sual yaranır. Niyə bu mitinqlər bu günə kimi keçirilmirdi? Sözügedən mitinq nə üçün Brüssel görüşündən bir gün əvvəl keçirildi? Ermənistan hakimiyyəti kimin başını aldatmaq istəyir? Heç şübhəsiz ki, bu şouda əsas məqsəd ictimai rəyə əsaslanaraq danışıqlar zamanı özünü mümkün ssenarilərdən sığortalamaqdır.
    Ermənistanda bütün rəhbərliklər dövründə danışıqlar prosesini durdurmaq və zaman udmaq üçün bu kimi metodlardan geniş istifadə olunub. Bu bir daha onu göstərir ki, Ermənistanən əsas məqsədi danışıqlar prosesini pozmaq, sülh müqaviləsini imzalamaqdan imtina etməkdir. Bu yanaşma artıq Ermənistanın dövlət siyasətinə çevrilib.

    Lakin Paşinyan da, onun Qərbdəki havadarları da çox yaxşı bilirlər ki, artıq Qarabağ problemi həll olunub, geriyə yol yoxdur və əlavə şərtlər irəli sürmək cəhdlərinin heç bir səmərəsi olmayacaq. Gec-tez sülh müqaviləsi, sərhədlırin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində iş başlamalıdır. Bu, nə qədər tez olsa, Ermənistan üçün bir o qədər yaxşıdır. Azərbaycan heç zaman öz haqlı mövqeyindən bir addım da geri çəkilməyəcək.
    Ptezident İlham Əliyevlə bütün görüşlərdə olduğu kimi, Paşinyan ötən il dekabrın 14-də Brüssel görüşü zamanı da zərbə aldı. Buna görə də Paşinyan bugünkü görüşə xüsusi ümid bəsləməməli və bilməlidir ki, müqavimət cəhdləri növbəti yeni zərbə ilə nəticələnəcəkdir. Ermənistan bunu nə qədər tez anlasa bir o qədər yaxşı olar.
    Əgər Ermənistan bunu danışıqlar yolu ilə anlamasa o zaman dəmir yumruq yenidən işə düşə bilər. Ermənistan 44 günlük müharibədə baş verənlərdən ciddi nəticə çıxarmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR