AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Mələkxanım Hacıyevanın anadan olmasının 65 illiyi ilə əlaqədar tədbir keçirilib

  • + A
  • - A
  • 9-04-2022, 10:48

    Masallıda  Mələkxanım Hacıyevanın anadan olmasının 65 illiyi ilə əlaqədar tədbir keçirilib
    MASALLIDA TƏDBİR - Mələkxanım Hacıyeva - 65!

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Aprelin 8-də Masallı rayon Mərkəzi Kitabxanasında kitabxanaşünas-biblioqraf Mələkxanım Hacıyevanın anadan olmasının 65 illiyi ilə əlaqədar tədbir keçirilib.

    Kitabxana əməkdaşı Gülər Piriyeva bildirib ki, M.Hacıyevanın 20-dən artıq elmi məqalələri xarici və yerli mətbuatda dərc edilmişdir. O, qeyd edib ki, M.Hacıyeva kitabxanaçı kadrların hazırlanması işində də yaxından iştirak etmişdir.

    Kitabxananın digər əməkdaşı Şəmsurə Nəsirova məruzə edərək diqqətə çatdırıb ki, M.Hacıyeva 1957-ci il aprel ayının 8-də Bakı şəhərində anadan olmuşdur. O, 1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1979-cu ildən ADU-nin göndərişi əsasında M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında kitabxanaçı, redaktor, baş kitabxanaçı vəzifəsində işləmişdir. O, vurğulayıb ki, M.Hacıyevanın Milli Kitabxanasının fəaliyyətinin səmərəli təşkili və inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, dəfələrlə Azərbaycan Mədəniyyət Nazirliyinin Fəxri Fərman və mükafatları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycanda kitabxana işinin inkişafında xidmətlərinə görə M.Hacıyeva Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

    ƏLİHÜSEYN ŞÜKÜROV



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR