AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda ənənəvi ümumrayon iməciliyi keçirilib

  • + A
  • - A
  • 9-04-2022, 11:50

    Masallı rayonunda ənənəvi ümumrayon iməciliyi keçirilib

    Masallı rayonunda ənənəvi ümumrayon iməciliyi təşkil edilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 8 aprel 2022-ci il tarixdə Masallı şəhərində, qəsəbə və kəndlərində, ümumtəhsil məktəblərində ənənəvi, geniş miqyaslı iməcilik keçirilib.

    Belə ki, Masallı rayonun 500-dən şox idarə-müəssisə və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iməcilikdə 40 hektar sahədə abadlıq işləri aparılaraq yaşıllıqlara qulluq göstərilib, ərazi alaq otlarından və məişət tullantılardan təmizlənib. Masallının idarə və müəssisələri, ərazi nümayəndəlikləri, bələdiyyələr və s. kollektivlər öhdələrindəki sahələrdə vaxtında səliqə-sahman yaratmasına səy göstəriblər.

    Kəndlərdə və mərkəzi yolların ətrafında iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb. Dövlət qulluğu nümayəndələri ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər də həyata keçirirlər. İməciliklərin və tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq, eyni zamanda, bu işə digər qurumları və əhalini də cəlb etməkdir.

    Qeyd edək ki, ənəvi ümumrayon iməciliyində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları da iştirak edib, həyata keçiriliən səliqə-sahmana nəzarət edib, tövsiyə və göstərişlərini verib, texniki vasitələrin işə cəlb edilməsinə kömək göstəriblər.

    ƏLİHÜSEYN ŞÜKÜROV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR