Mingəçevirdə kanalda batan şəxsin kimliyi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yuxarı Qarabağ kanalının Mingçevirdən keçən hissəsində suda batan şəxs 19 yaşlı Allahverdi Əhmədovdur. İlkin araşdırmalar zamanı məlum olub ki, A.Əhmədov bir neçə gün əvvəl qulluq etdiyi hərbi hissədən 10 günlük məzuniyyətə çıxaraq yaşadığı Mingəçevir şəhərinə gəlib. 2 gün əvvəl isə Allahverdi yaşadığı evi tərk edib və bundan sonra ondan xəbər almaq mümkün olmayıb.
Allahverdi Əhmədovun axtarışlarına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Onun hansı şəraitdə su kanalına düşməsi hələlik məlum deyil.
Qeyd edək ki, A.Əhmədov 6 ayın əsgəri olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.