AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AQRO Beynəlxalq Kənd Təsərrüfatı konfransı keçiriləcək - FOTO

  • + A
  • - A
  • 18-04-2022, 19:40

    AQRO Beynəlxalq Kənd Təsərrüfatı konfransı keçiriləcək - FOTO

    AQRO Beynəlxalq Kənd Təsərrüfatı konfransı keçiriləcək.

    Azadmedia.az - 4-6 iyun 2022-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi (BTEB) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) evsahibliyi ilə beynəlxalq konfrans keçiriləcək. “AQRO” adlı Beynəlxalq Kənd Təsərrüfatı Konfransı onlayn və oflayn formatda keçiriləcək.

    Qeyd edək ki, İKSAD hər il Türkiyədə və dünyanın bir sıra digər ölkələrində (Ermənistan istisna olmaqla) müxtəlif elmi mövzulara həsr edilmiş beynəlxalq konfrans və simpoziumlar təşkil edir. İKSAD-ın Gəncə şəhərində ilk beynəlxalq konfransı Azərbaycan Dövlət Aqrar Universitetinin evsahibliyi və birgə təşkilatçılığı ilə olacaqdır.

    Konfransa qatılmaq istəyənlər

    https://www.scienceazerbaijan.org/agro?lang=az

    linkinə daxil olub beynəlxalq konfrans barədə ətraflı məlumat əldə edə bilərlər.

    Konfransda Azərbaycan Dövlət Aqrar Universitetinin bütün əməkdaşları (magistr, doktorant və dissertantları) ödənişsiz iştirak edəcəklər.
    ƏLİHÜSEYN ŞÜKÜROV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR