AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masalll rayon Gənclər və İdman İdarəsi Azərbaycan Voleybol Federasiyası tərəfindən xüsusi diplomla mükafatlandırıldı - FOTO

  • + A
  • - A
  • 25-04-2022, 13:53

    Masalll rayon Gənclər və İdman İdarəsi  Azərbaycan Voleybol Federasiyası tərəfindən xüsusi diplomla mükafatlandırıldı - FOTO

    Masalll rayon Gənclər və İdman İdarəsi
    Azərbaycan Voleybol Federasiyası tərəfindən xüsusi diplomla mükafatlandırıldı.

    Azadmedia.az - 23 aprel 2022-ci il tarixdə kişi voleybolçular arasında keçirilən “Zəfər kuboku”nun final matçından sonra Azərbaycan Yüksək, Super, I Liqa yarışlarında fərqlənən komandaların, həmçinin “Zəfər kuboku”nun qaliblərinin mükafatlandırma mərasimi və 2021/2022 mövsümün rəsmi bağlanışı keçirilib.

    Tədbirdə Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Vətən müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Cavid Abdullayev, Azərbaycan Ali Hərbi Akademiyanın rəis müavini Nizami Mövlanov, “Sərhədçi” klubunun prezidenti, polkovnik Firdovsi Umudov, “Sərhədçi” Olimpiya İdman Kompleksinin rəisi polkovnik Elşən Mirzəyev və Azərbaycan Voleybol Federasiyasının rəsmiləri iştirak ediblər.
    Qalib komandaların mükafatlandırma mərasimindən əvvəl qonaqlar çıxış ediblər.
    Daha sonra mükafatlandırma mərasimində regionlarda voleybolun inkişafında göstərdiyi xidmətlərə görə Masallı rayon Gənclər və İdman İdarəsinə Azərbaycan Voleybol Federasiyasının xüsusi diplomu təqdim olunub.





    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR