AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU ilə “Agrarco” MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

  • + A
  • - A
  • 27-04-2022, 17:07

    ADAU ilə “Agrarco” MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

    Azadmedia.az - Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Agrarco” MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

    Memorandumu ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və “Agrarco” MMC şirkətinin Baş icraçı direktoru Cavid Kazımov imzalayıb.

    Bildirilib ki, şirkətin əsas məqsədi kadr seçimi, şimal-qərb zonasındakı fındıq bağlarına fəal aqronomları cəlb etmək, eyni zamanda tələbələr üçün təlimlər və gələcəkdə istehsalat təcrübəsində tələbələr üçün əlverişli şərait imkanları yaratmaqdır.

    Tədbirdə ADAU-nun Elmi işlər üzrə prorektoru, dosent Azad İbrahimov, Təcrübə və Karyera Mərkəzinin direktoru Gülnaz Əsgərova, “Agrarco” MMC şirkətinin Şimal-qərb regionunun direktoru Vüqar Mohumayev, Təşkilatı inkişaf meneceri Rəhim Mustafayev, Kommersiya direktoru Faiq Baxşıyev iştirak ediblər.

    Sonda qonaqlar universitetin maddi-texniki bazası ilə yaxından tanış olmaq üçün yeni tədris korpusuna, müasir laboratoriyalarına, Mühəndislik korpusuna və tələbə parkına baş çəkiblər.

    ƏLİHÜSEYN ŞÜKÜROV







    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR