AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski və Putin bu tarixdə görüşə bilər

  • + A
  • - A
  • 27-04-2022, 17:26

    Zelenski və Putin bu tarixdə görüşə bilər


    Ukrayna Prezidenti Volodimir Zelenski “G-20”liyin İndoneziyada keçiriləcək Zirvə toplantısına dəvət olunub.

    Məlumatı Zelenski "Twitter" səhifəsində paylaşıb.

    “İndoneziyanın Prezidenti Coko Vidodo ilə telefonla danışdıq. Ukraynanın ərazi bütövlüyü və suvereniyini BMT-də dəstəklədiyi üçün ona təşəkkür etdim. Ərzaq təhlükəsizliyi problemini müzakirə etdik. “G-20”liyin Zirvə toplantısına dəvətə görə təşəkkür edirəm”, - deyə Ukrayna lideri yazıb.

    Bildirək ki, Rusiya “G-20”liyin üzvüdür. Məlumata görə, İndoneziya RF Prezidenti Vladimir Putinin dəvət edilməməsinə dair təklifdən imtina edərək, onu da toplantıya çağırıb. Rusiya və Ukrayna liderlərinin həmin sammit çərçivəsində görüşə biləcəyi ehtimal olunur.

    Qeyd edək ki, Zirvə toplantısı 2022-ci il noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR