Masallıda vətəndaşların növbəti qəbulu
Azadmedia.az - 29 aprel 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu keçirib.
Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən "Yeni həyat" qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, növbəti qəbulda 11 nəfər vətəndaş —Eynalov Eldar Elmidar oğlu, Hüseynov Şahsuvar Çingiz oğlu, Məmmədov Yusif Həşim oğlu, Əmənov Elşən Süleyman oğlu, Əkbərova Yeganə Sərxoş qızı, Sahibov Şövlət İman oğlu, Zeydullayev Babaxan Meybulla oğlu, Mustafayeva Şəfəq Nurulla qızı, Bədəlova Gülsüm Orucəli qızı, Cəfərov Hasil Əli oğlu, Əlizadə Mikayıl Rasim oğlu və başqaları iştirak etmiş, əsasən ünvanlı dövlət sosial yardımı, xəstə oilması, müalicə olunması, maddi kömək, pensiya təyinatı, paybəlli və həyətyanı torpaq, örüş sahəsi təyin edilməsi, qaz və işıq sayğaclarındakı problemlər, iş ilə təminat və məşğulluqla bağlı və s. müraciətlər ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülüb.
ƏLİHÜSEYN ŞÜKÜROVÜlkər Piriyeva