AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət Nazirliyi və “Four Seasons Hotel Baku”nun birgə təşkilatçılığı ilə “Təsviri sənətə səyahət” adlı satış-sərgisi baş tutub - FOTO

  • + A
  • - A
  • 30-04-2022, 07:26

    Mədəniyyət Nazirliyi və “Four Seasons Hotel Baku”nun birgə təşkilatçılığı ilə “Təsviri sənətə səyahət” adlı satış-sərgisi baş tutub - FOTO

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Four Seasons Hotel Baku”nun birgə təşkilatçılığı ilə “Təsviri sənətə səyahət” adlı satış-sərginin açılış mərasimi baş tutub.

    Azadmedia.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, tanınmış incəsənət xadimləri və media nümayəndələri iştirak ediblər.

    Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov sərginin məqsədi barədə məlumat verib.

    Nazir qeyd edib ki, ilk dəfə olaraq Mədəniyyət Nazirliyi dövlət-özəl sektorunu cəlb edərək belə bir sərgi və satış yarmarkası təşkil edib. Bu işə, həmçinin tanınmış gənc rəssamlar və heykəltəraşlar cəlb edilib. Layihəni təşkil etməkdə əsas məqsədimiz Mədəniyyət Nazirliyi olaraq yaradıcı insanlara dəstək olmaq, onların əsərlərini geniş ictimaiyyətə, beynəlxalq aləmə, Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpuslara tanıtmaqdır”, - deyə nazir bildirib.

    Həmçinin sərgidə 45 rəssam və heykəltəraş iştirak edir. Onların arasında 2016-cı ildə Aprel döyüşlərində şəhid olan heykəltəraşın da əsərləri yer alıb.

    Sonra nazir tanınmış rəssamlar Altay Sadıqzadə və Məlik Ağamalova fəxri fərmanlar təqdim edib.

    Qeyd edək ki, sərgi aprelin 30-dək davam edəcək.



















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR