Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Yerbol Nazarbayev Korrupsiyaya qarşı Mübarizə Xidməti orqanından xaric edilib.
AzadMedia.az “İnterfaks“a istinadən xəbər verir ki, bu barədə bu gün qurumun mətbuat xidməti məlumat yayıb.
“İctimaiyyətdə yayılan video ilə əlaqədar Korrupsiyaya Qarşı Mübarizə Xidməti aşağıdakıları elan edir: 26 yanvar 2022-ci il tarixində Agentliyin sədrinin əmri ilə Nazarbayev Yerbol Agentliyin xüsusi departamentinin rəis müavini vəzifəsindən azad edilib. O, 2022-ci il aprelin 14-də Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin orqanlarından xaric edilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Yerbol Nazarbayev Nursultan Nazarbayevin qardaşı Bolatın oğludur. Bundan əvvəl sosial şəbəkələrdə şüşələri qaraldılmış avtomobildə polis tərəfindən saxlanılan Yerbol Nazarbayevə bənzəyən şəxsin əks olunduğu video yayılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.