AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazarbayev getdi: Tokayevin planları nədir?

  • + A
  • - A
  • 6-01-2022, 10:55


    Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verdikdən sonra hazırkı prezident Qasım-Jomart Tokayev digər strukturlara da namizədlərini yerləşdirəcək.

    Azadmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Jarixin deyib.

    "O, artıq Təhlükəsizlik Şurasının sədri kimi, digər strukturlarda da Nazarbayevin təyin etdiyi adamları öz adamları ilə əvəz edəcək. Bu, kifayət qədər qeyri-adi vəziyyətdə hakimiyyətin ötürülməsi prosesinin davamıdır. Fiqurların dəyişməsindən sonra güc strukturlarının ona nə dərəcədə sadiq qalacağını anlamaq lazımdır", - Jarixin söyləyib.

    Qeyd edək ki, ötən gün Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR