AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda polisin sevgilisini öldürməsinin səbəbi MƏLUM OLDU

  • + A
  • - A
  • 6-05-2022, 11:25

    Bakıda polisin sevgilisini öldürməsinin səbəbi MƏLUM OLDU


    Aprelin 22-də Nərimanov rayonunda polis mayorunun sevgi münasibətində olduğu qadını və özünü güllələyərək öldürməsi ilə bağlı bəzi detallar məlum olub.

    AzadMedia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin məlumata görə, Xəzər Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru T.Aslanov Günay Cabbarovanı ondan ayrılmaq istəməsinə görə öldürüb.

    Aparılmış ilkin araşdırmalar zamanı məlum olub ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin əməkdaşı olan və həkim-uroloq kimi çalışan G.Cabbarova ilə Tural Aslanov arasında bir neçə il əvvəl münasibət yaranıb. Daha sonra cütlük arasında problemlər başlayıb. Buna səbəb isə Günayın Turaldan ayrılmaq istəməsi olub. Tural Aslanov bununla razılaşmayıb və onların arasında mübahisə böyüyüb.

    Araşdırmalarla müəyyən edilib ki, hadisədən əvvəl T.Aslanov Xəzər Rayon Polis İdarəsində növbətçi qrupda olub və aprelin 21-dən 22-nə keçən gecə Günayla əlaqə saxlayıb. Səhər saatlarında isə polis zabiti silahını götürərək idarəni özbaşına tərk edib və birbaşa Mərdəkan qəsəbəsindən Nərimanov rayonu Qarabağ küçəsinə - Günay Cabbarovanın yaşadığı mənzilə gedib. O, burada Günaya üç, daha sonra isə özünə bir dəfə atəş açıb və hər ikisi hadisə yerində vəfat ediblər.

    Qeyd edək ki, bu kimi hadisələrdə cinayəti törədən və cinayət törədilməsinə zəmin yaradan şəxslər həyatda olmadığına görə, sonrakı mərhələdə faktla bağlı açılmış cinayət işləri üzrə cinayət təqibi dayandırılır və işə xitam verilir.

    Xatırladaq ki, qətlə yetirilən G.Cabbarova iki uşaq anası olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR