AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suqovuşanda “Prezident kuboku-2022” reqatasına start verilib

  • + A
  • - A
  • 6-05-2022, 16:29

    Suqovuşanda “Prezident kuboku-2022” reqatasına start verilib




    Suqovuşan qəsəbəsində avarçəkmə üzrə “Prezident kuboku-2022”" reqatası start götürüb.

    Azadmedia.az İnformasiya Agentliyi xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib.

    Yarışda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova, baş katib Azər Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Vətən müharibəsi qaziləri, müxtəlif federasiyaların rəsmiləri və digər qonaqlar iştirak edirlər.

    Suqovuşan su anbarında təşkil olunan yarışa Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən çox idmançısı qatılıb.

    Onlar 1 nəfərlik kanoe, 1 nəfərlik və 2 nəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 və 500 metr məsafələrə yürüş edəcəklər.

    Reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR