Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Mərakeş və ABŞ-ın ev sahibliyi edəcəyi İŞİD-lə Mübarizə Beynəlxalq Koalisiyasının Nazirlər iclasına qatılacaq.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Türkiyə XİN məlumat yayıb.
İclasda Suriya və İraqda İŞİD-lə mübarizədə davam edən səylərin nəzərdən keçiriləcəyi, Əfqanıstan və Afrikada son vaxtlar artan İŞİD-lə bağlı mövcud vəziyyətin müzakirə ediləcəyi bildirilib.
Görüş çərçivəsində Çavuşoğlunun ikitərəfli görüşləri də gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.