AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Uruqvay Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

  • + A
  • - A
  • 13-05-2022, 23:05

    Azərbaycan və Uruqvay Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

    Azadmedia.az - 11 may 2022-ci il tarixində Uruqvayın paytaxtı Montivideo şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Uruqvay Xarici İşlər Nazirliyi arasında növbəti (ikinci) siyasi məsləhətləşmələr keçirilib.

    Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Uruqvay tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Karolina Açe Batye rəhbərlik ediblər.

    Siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi, kənd təsərrüfatı, nəqliyyat, enerji və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

    Nazir müavini E.Məmmədov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı tərəfə ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin Uzaq Şərq-Orta Asiya-Avropa arasında ticarət əlaqələrinin artırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

    Tərəflər, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.

    Həmin gün xarici işlər nazirinin müavini Elnur Məmmədov Uruqvay Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının Uruqvay - Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb.

    Görüş zamanı parlamentlərarası münasibətlərin genişləndirilməsi, ikitərəfli əməkdaşlığın inkişafı, Cənubi Qafqaz regionunda gedən proseslər və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR