AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda poçt müdiri beş aya 25 min manat mənimsəyib

  • + A
  • - A
  • 17-05-2022, 12:34

    Bakıda poçt müdiri beş aya 25 min manat mənimsəyib

    Bakıda poçt müdiri 25 min manata yaxın dövlət vəsaitini mənimsəyib.

    Binəqədi rayon prokurorluğundan Azadmedia.az-a bildirilib ki, “Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə bağlı çatışmazlığın yaranmasına dair daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

    Həmin poçtun sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi (12.07.2021-09.12.2021) tarixlərdə şöbənin xəzinəsində olan 16 min 500 manat və 4 min 500 dollar (7650 manat) məbləğində pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı mənimsəmə ittihamı ilə cinayət işi başlanıb. İstintaq davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR