Brüsseldə Avropa İttifaqı Şurasının (Aİ) Prezidentinin Ermənistan və Azərbaycan liderlərinə ev sahibliyi etdiyi 3-cü üçtərəfli görüşü alqışlayırıq.
Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də yazıb.
"Mən dayanıqlı sülhə doğru dinamikanı dəstəkləyən konkret addımları görməyə ümid edirəm", - o vurğulayıb.
Borrell Aİ-nin regionda sülh və barışıq səyləri istiqamətində fəal işləməyə davam edəcəyini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.