Ermənistanda etirazçılarla polislər arasında əlbəyaxa dava düşüb.
"Müqavimət" hərəkatının iştirakçıları Ermənistan prezidentinin iqamətgahının qarşısını kəsdiyi üçün polislərlə aralarında qarşıdurma yaranıb.
Erməni KİV-lərinin məlumatına görə, polislər etirazçılardan ərazini tərk etməyi tələb ediblər. Buna qarşı çıxan aksiya iştirakçıları ilə polislər dava düşüb.
***09:43
İrəvanda "Müqavimət" hərəkatının iştirakçıları Ermənistan prezidentinin iqamətgahını mühasirəyə alıblar.
Bu barədə erməni KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, mayın 2-dən etibarən İrəvanda müxalifət nümayəndələri Baş Nazir Nikol Paşinyanın istefası tələbi ilə itaətsizlik aksiyaları keçirirlər.