AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müxalifətin İrəvanda keçirilən mitinqi başa çatıb

  • + A
  • - A
  • 12-05-2022, 22:31

    Müxalifətin İrəvanda keçirilən mitinqi başa çatıb
    Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yenidən avtoyürüş keçirilir.

    Azadmedia.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” yazıb.

    Məlumata görə, müxalifət nümayəndələrinin keçirdiyi aksiya paytaxtın kənar ərazilərindən başlayıb. Sürücülər hazırda az sürətlə İrəvanın mərkəzinə doğru hərəkət edirlər.

    Qeyd edək ki, analoji aksiya dünən də keçirilib. Nəticədə şəhərdə uzun tıxaclar yaranıb. Ermənistan müxalifəti bu gün də İrəvanın mərkəzində mitinq keçirməyi planlaşdırır. Dünənki aksiya zamanı etirazçılar İrəvan meriyasının binasına girişi bağlamışdılar.

    Xatırladaq ki, Ermənistanda aprelin 25-dən etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər.

    ***

    Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin İrəvanda keçirilən mitinqi başa çatıb.

    Ermənistanın müxalif "Müqavimət" hərəkatının liderlərindən biri İşxan Saqatelyanın sözlərinə görə, cümə günü günortadan sonra yeni mitinq keçiriləcək:

    “Sabah yenidən itaətsizlik aksiyaları baş verəcək və biz yenidən burada (Fransa meydanında müxalifətin çadır düşərgəsində - red.) toplanacağıq. Bizim vacib işimiz var”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR