ADAU tələbəsi II Beynəlxalq Kakao, Qəhvə və Çay Asiya Konfransında iştirak edib
2022-ci il 19-20 may tarixlərində Xəzər Universitetində 2-ci Beynəlxalq Kakao, Qəhvə və Çay Asiya Konqresi keçirilib.
Azadmedia.az xəbər verir ki, tədbir Xəzər Universiteti, Çinin Anhui Kənd Təsərrüfatı Universiteti və Dövlət Çay Bitkisi Biologiyası və İstifadəsi Aparıcı Laboratoriyası tərəfindən birgə təşkil olunub.
Konfrans çay elmi və təhsilində dünya liderləri olan Anhui Kənd Təsərrüfatı Universiteti ilə Dövlət Çay Bitkisi Biologiyası və İstifadəsi Aparıcı Laboratoriyası arasında elmi tədqiqat layihələri üzrə əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində keçirilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin “əczaçılıq” ixtisasının II kurs tələbəsi Kadir Polat konfransda “Polygonum cognatum farmokoqnoziyasi (polifenolların təyini)” mövzusunda təqdimat edib.
ƏLİHÜSEYN ŞÜKÜROV
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR