AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda "Şuşa ili"nə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib - FOTO - ÖZƏL

  • + A
  • - A
  • 28-05-2022, 11:46



    Masallıda "Şuşa ili"nə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib - FOTO - ÖZƏL
    "Şuşa ili"nə həsr olunmuş konsert

    Masallı Regional Mədəniyyət İdarəsinin "Tədbirlər Planı"na əsasən "Şuşa ili"nə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

    Azadmedia.az xəbər veeir ki, bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsi ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin qarşılıqlı əməkdaşlığı çərçivəsində mayın 27-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində "Şuşa ili"nə həsr olunmuş konsert keçirilib.

    Yekunda Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov qarşılıqlı əməkdaşlığa və çıxışlarına görə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəhbərliyinə, həmçinin kollketivə minnətdarlığını bildirib.
    Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli də çıxış edərək təşkilatçılığa və qonaqpərvərliyə görə Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə, o cümlədən Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin kollektivinə təşəkkür edib.

    Sonra xatirə şəkilləri çəkilib.

    ƏLİHÜSEYN ŞÜKÜROV



















    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR